İŞİD-in ən tanınmış terrorçularından bir olan Selli Cons "Twitter" hesabından İngiltərəni təhdid edib.
Terrorçunun öz bloqunda "Mən olsam, iyunda Londonda olmazdıq... Hətta iyulda da" sözləri yazması növbəti təxribata hazırlaşdığına işarə kimi qəbul edilib: "Dürüst olmaq lazım olsa, İngiltərəyə qayıtmadım, xüsusilə də metroya".
Növbəti "tweet"ində "İngiltərə -> BOOM!" yazan terrorçu hər kəsi həyəcanlandırıb. Son yazdıqları ilə bir anda gündəmin ilk sırasına yerləşən paylaşımdan sonra Consun hesabı bağlanılıb.
47 yaşındakı terrorçu 2013-cü ildə Suriyaya getmək üçün İngiltərəni tərk etmişdi. (baku.ws)
Qaynarinfo.az