Xəbər lenti

İŞİD qadınları 12 dollara satır
Dünya04:56 21.10.2014

İŞİD qadınları 12 dollara satır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Guardian" qəzeti İŞİD-in əlinə keçən yezidi kürd qadının taleyi ilə bağlı yazı dərc edib. Qaynar.info xəbər verir ki, terror təşkilatının əsir götürdüyü Amişa adlı qadın 12 dollara satılıb.

Bu barədə o, özü açıqlama verib: "50 yaşında bir kişi məni almağa gəldi. Həmin gündən etibarən yaşamaq istəmirəm".

Amişanın həyat yoldaşı əri gözlərinin önündə öldürülüb. Onun bir oğlu var. İndi isə ikinci uşağa hamilədi. 

Xəbərdə Amişanın İŞİD-in əsir götürdüyü minlərlə qadından biri olduğu bildirilir. Yezidi qadın "Guardian"a açıqlamasında əsir götürüldükdən sonra gözəl və gənc qadınların seçilərək satıldığını bildirib. 

Qaynar.info