Xəbər lenti

İŞİD televiziya əməkdaşlarını snayperlə vurdu - departament rəhbəri öldü
Dünya16:07 21.10.2016

İŞİD televiziya əməkdaşlarını snayperlə vurdu - departament rəhbəri öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İraqın Kərkük şəhərində "Türkməneli TV"nin çəkiliş qrupuna hücum olub. 

Kərkük valiliyi yaxınlığında İŞİD yaraqlıları və İraqın təhlükəsizlik qüvvələri arasında baş verən atışmanı lentə almağa çalışan televiziya əməkdaşları snayper atəşinə tuş gəlib. 

Nəticədə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri, türkmən jurnalist Əhməd Nəcməddin Haceroğlu öldürülüb, televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.(Report)

Qaynarinfo.Az