
İŞİD terror təşkilatı Türkiyənin Qaziantep şəhərində qaldığı evə basqın zamanı üzərində bombanı partladan “İŞİD əmiri” Yunus Durmazın intiqamını almaq üçün hərəkətə keçib.
Qaynarinfo.az publika.az-a istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə kəşfiyyatı İŞİD-in intiqam məqsədilə terror aktı həyata keçirməyi planlaşdırdığını müəyyən edib.
Məlumata görə, qardaşının ölümündə Türkiyəni günahkar hesab edən “Səyyaf” kod adlı Cihan Durmaz və ailə üzvləri, eyni zamanda “Fursan əl-Xəlifə” qrupuna aid şəxslər intiqam üçün ölkə daxilində kamikadze hücumu həyata keçirməyə hazırlaşır.
Bundan başqa, Qaziantep Polis Təşkilatına bomba yüklü avtomobillə hücum təşkil edən İŞİD üzvü İsmayıl Günəşin 2 əmisi oğlu Əhməd və Talha Günəşin də terror aktı həyata keçirməyə hazırlaşdığı müəyyən olunub.
Qaynarinfo.az