Xəbər lenti

İslam haqqında 100 illik qanuna- Dəyişiklik
Dünya16:04 26.02.2015

İslam haqqında 100 illik qanuna- Dəyişiklik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avstriya parlamenti ölkənin İslam haqqında yüzillik qanununa dəyişikləri qəbul edib. 

Qaynar.info “Qafqazinfo”ya istinadən xəbər verir ki,islamçı radikallıq problemilə mübarizə aparmağı da nəzərdə tutan qanun müsəlmanlara daha çox hüquqi təhlükəsizlik versə də, eyni zamanda məscidlərin və imamların xaricdən maliyyələşməsini qadağan edir.

Avstriyanın İnteqrasiya Naziri Sebastian Kurz islahatları müdafiə edib. Amma müsəlman liderlər deyirlər ki, islahatlar onları bərabər tutmur.

1912-ci ildə yaradılmış qanun Avstiyada İslama rəsmi din statusunu vermişdi.

Həmin qanuna Avropada İslamla bağlı nümunə kimi baxılıb.

İlk dəfə üç il öncə təklif olunan yeni ölçülərdə dini tətillərin qorunması və imamların təlimdən keçməsi qeyd olunur.

Amma müsəlman qruplar deyirlər ki, xarici maliyyə barədə qadağa ədalətsizdir, çünki Xristian və Yəhudi qruplara qarşı belə bir qadağa yoxdur.

Onlar deyirlər ki, qanun müsəlmanlara qarşı inamsızlığın nümunəsidir. Bəzi qruplar konstitusiya məhkəməsində qanuna qarşı şikayət etməyi planlaşdırır.

Qaynar.info