
ANS PRESS-in məlumatına görə, yeni icra başçısı icra hakimiyyətinin foyesində yeni iş yerlərinin açılması haqda tapşırıqlar verib. Yerli sahibkarlara və iş adamlarına rayon sakinlərini işə götürməkdə üstünlük vermələrini tapşırıb.
Onun tapşırığına əsasən bu gündən iş elanları rayonun hər tərəfində asılacaq. Tapşırığa əsasən minimum əmək haqqı 400 azn təşkil etməsi barədə rayon məşgulluq idarəsinin rəbərinə tapşırıqlar verib.
“Şəhərdə quruculuq abadlıq işləri gücləndirilsin və qısa zamanda yekunlaşsın. Xüsusilə rayonda bərbad vəziyyətdə olan bütün şəhər daxili yollar təmir edilsin. İşci qüvvəsi artırılsın və iki növbə olaraq gecə gündüz işlər aparılsın bütün işlər həll olunsun. İsmayıllı hadisələrində həbs olunmuş vətəndaşların azad olunması və onların işlə təmin olunması barəsində işlər aparılacaq. Həbs olunan sadə vətəndaşar işsizlikdən bekarçılıqdan istəmədən bu xoşa gəlməz hadisələrin qurbanı olublar. Güman edirəm ki, bu insanların işləməyə yerləri olsaydı bu cur olaylar da olmazdı, hadisələr də pik nöqtəsinə çatmazdı”, - deyə Mirdaməd Sadıqov bildirib.
Qaynar.info