Bu gün bir sıra xəbər portallarında İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun işdən çıxarılması barədə məlumat yayılıb. Xəbərə görə, bu barədə Prezident sərəncam imzalayıb və qərar axşam saatlarında elan olunacaq.
Məsələni dəqiqləşdirmək üçün ANN.Az portalı İsmayıllı rayonu İcra Hakimiyəti başçısının köməkçisi Firdovsi Hüseynovla əlaqə saxlayıb.
Firdovsi Hüseynov bildirib ki, bu barədə yayılan məlumatlar əsassızdır: "İcra başçısı bu dəqiqə də iş başındadır. Hazırda rayonla bağlı müşavirə keçirir".