Xəbər lenti

İspan polisindən növbəti Kataloniya basqını
Dünya09:02 29.09.2017

İspan polisindən növbəti Kataloniya basqını

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya polisi 1 oktyabrda planlaşdırılan Kataloniyanın müstəqillik referendumuna qarşı əməliyyatlara davam etdirir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İqualada bölgəsinə təşkil edilən əməliyyatda 2,5 milyon səsvermə kağızı və 4 milyon zərf ələ keçirilib. Məsələ ilə bağlı açıqlama verən İqualada bələdiyyə sədri Mark Kastels sənədlərin referendum üçün yox, ticarət məqsədi ilə hazırlandığını iddia edib.

İspaniya polisi 15 sentyabrda 1,5 milyon, 20 sentyabrda isə 9,8 milyon referendumla əlaqəli sənəd ələ keçirib. 

Qeyd edək ki, Kataloniyanın hazırlaşdığı referendum İspaniya höküməti tərəfindən qeyri-qanuni elan edilib, lakin Kataloniya höküməti insanları referendumda iştirak etməyə səsləyir.

Gülşən

Qaynarinfo.Az