İspan Kral Futbol Federasiyası (RFEF) heyvanların rifahı üçün məhsulların istehsalı üzrə ixtisaslaşan "Artero" şirkəti ilə müqavilə bağlayıb.
Qaynarinfo xəbər verir ki, bununla da Federasiya İspaniyanın kişi və qadın komandalarının yeni "üzvü" kimi "Water Breed" cinsindən olan Musea adlı iti himayəyə götürüb.
Hər iki təşkilat, ən azı 2024-cü ilə qədər qüvvədə olacaq bu müqavilə vasitəsilə heyvanların töhfə verdiyi hər şey və ehtiyac duyduqları qayğı haqqında cəmiyyəti xəbərdar etmək niyyətindədir.
Rubiales açıqlamasında bu razılaşma ilə heyvanların dəyərlərini bütün cəmiyyətə ötürməyə çalışacaqlarını bildirib. O, Museanın milli komandanın ailəsinin bir üzvü olmasını istədiklərini söyləyib.
Şirkətin rəhbəri Aleks Artero "Musa Kordobada doğulmuş dörd aylıq orta boylu itdir. Onun ən yaxşı xüsusiyyəti, onun xarakteridir" - deyib.
Açıqlamadan sonra RFEF və "Artero" şirkətinin nümayəndələri komandanın yeni "üzvü" ilə şəkil çəkdirib və "Estadi Cornella-El Prat" stadionunun qazonunda müqavilə imzalanıb.
Səbuhi Həsənov