
İspaniya prezidenti Mariana Raxoy Kataloniya böhranı barədə açıqlamalar verib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Raxoy "Kataloniyanın müstəqilliyinin qarşısını alacağıq. İspaniya bölünməyəcək, milli birlik davam edəcək. Bunun üçün bütün hüquqi vasitələrdən istifadə edəcəyik. Qərar vermək hökümətin işidir və bunu münasib zamanda, sakit hərəkət edərək qəbul edəcəyik. Nə etməli olduğumuzu bilirik. Aydın şəkildə deyə bilərəm ki, müstəqillik olmayacaq. Müstəqillik təhlükəsi davam etdiyi müddətdə lazımi qərarlar almağı davam etdirəcəyik" deyib. Kataloniya Muxtar Vilayətinin prezidenti Karles Puiqdemontun "vasitəçilik" təklifinə də etiraz edən Raxoy "Dünyanın heç bir yerində ölkə birliyi və buna olan təhlükə müzakirəyə çıxarılmır. Şantajla heç nə əldə etmək mümkün deyil. Bəziləri ölkənin parçalanması təhlükəsi qarşısında hökümətin danışıqlara gedəcəyini fikirləşir?! Bu, həm də Avropanın dəyərləri uğrunda mübarizədir. 2012-ci ildə İspaniyada avro böhranı var idi və biz qalib gəldik. Son dövrlərdə isə Avropa İttifaqının dəyərləri əleyhinə olan qüvvələr ortaya çıxıb. "Brexit" layihəsi, Fransada Le Pen və İngiltərədə Faracın sağ radikalizmini, İspaniyada isə populist millətçiliyi buna nümunə göstərə bilərik. Hazırda dəyərlər uğrunda mübarizə gedir və biz qalib gəlməliyik" fikirlərini səsləndirib.
Gülşən
Qaynarinfo.Az