İspaniya Müstəqillik günündə Ukraynaya hava hücumundan müdafiə sistemləri və zirehli texnikanın daxil olduğu yeni hərbi yardım paketi hazırlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” "El Pais”ə istinadən məlumat
yayıb.
Madrid Ukraynaya bir hava hücumundan müdafiə batareyası, 20 zirehli maşın və səhra artilleriyası üçün 75 paket sursat verib. İspaniya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna tərəfi artıq zirehli texnika və mərmiləri alıb.
Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı Madridin "Şorad Aspide” zenit-raket komplekslərini Ukraynaya təhvil verməyə hazır olduğunu bildirmişdi. Koordinatorların danışıqlarından sonra daşınmalara başlanmalı idi.
İspaniya Ukraynaya təxminən 2,5 milyon avro dəyərində 1000 ton dizel yanacağı ayırıb. Ölkədə daha 30 min dəst qış hərbi forması, 15,6 min gödəkçə, 15 min kostyum və bir neçə min ədəd əlavə geyim hazırlanacaq. Geyim Ukraynaya sentyabrda gələcək.
Həmçinin İspaniya Ukrayna hərbçilərinə zenit batareyasının işini öyrədəcək və "müttəfiq ölkə”də hərbi hava qüvvələri üçün təlimlər keçirəcək.
Media qeyd edib ki, hərbi yardımın yeni partiyası Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsevin kəskin şərhlərindən sonra məlum olub. O, Madridin sonuncu paketi may ayında təqdim etdiyini vurğulayıb.
Daha sonra Poqoreltsev göstərdikləri köməyə görə İspaniya hakimiyyətinə təşəkkür edib və Kiyevin ən çox 155 və 122 mm-lik minaatanların tədarükündə maraqlı olduğunu bildirib.
Nizami Bağırov