Xəbər lenti

İspaniyalı əfsanə karyerasını bitirdi
İdman11:53 06.10.2021

İspaniyalı əfsanə karyerasını bitirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya basketbolunun əfsanəsi Pau Qasol karyerasını bitirdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu haqda 41 yaşlı basketbolçu özü açıqlama verib. Barselonadakı "Gran Teatro Liceo"da mətbuat konfransı keçirən Qasol açıqlamasında bu sözləri söyləyib: "Çətin və haqqında çox düşünəcəyim qərar olsa da peşəkar basketbol karyeramı bitirdiyimi elan etmək istəyirəm. Qoltuq əsası ilə deyi, oynamağı və oynayaraq əylənməyi sevdiyim üçün bu idmanla məşğul oldum. Bu qədər uzun bir karyera yaşadığım üçün bir çox insana minnətdar olmalıyam. Mənə ən önəmli şeyin zirvəyə çatmaq deyil, orada qalmaq olduğunu söylədilər. Hər zaman daha yaxşı olmağa çalışdım və özümə sərhəd qoymadım. Həyatıma təsir edən bir çox insan oldu. Bunu komanda ilə bacara bilməsən heç nəyin dəyəri qalmaz. Göstərdiyiniz sevgi üçün bu yolda mənə dəstək olan media mənsublarına da təşəkkür edirəm".
2019-cu ilin mayında zədələnənəndən sonra Qasol basketbola yenidən "Barselona"da başlayıb. Elə karyerasına da sözügedən klubda start vermiş basketbolçu 1999-2001-ci illərdə 2 liqa və 1 "Kral Kuboku"nu qazanıb, ümumilikdə 108 oyunda meydana çıxıb. 
Qasol daha sonra NBA-ya gedib və ardıcıl oaraq "Memfis Qrizzles" (2001-2008), "Los Anceles Leykers" (2008-2014), "Çikaqo Bulls" (2014-2016), "San Antonio Sprus" (2016-2018), "Milvauke Baks" (2018-2019 və "Portland Treyl Bleyzers"də (2019-2020) forma geyinib. 
NBA-da iki çempionluq yaşayan və 6 dəfə "All-Star" matçında forma geyinən Qasol, ABŞ-da keçirdiyi 18 mövsümdə ümumilikdə 1362 oyun keçirib. O, İspaniya millisinin heyətində 1 dəfə dünya çempionu (2006), 3 dəfə Avropa çempionu (2009, 2011, 2015) və 2 dəfə Olimpiya ikincisi (2008, 2012) olub.
Səbuhi Həsənov