Gecə saatlarında İsrail Suriyaya raket hücumu təşkil etmişdi.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı 2 raketin havadan müdafiə sistemi tərəfindən zərərsizləşdirildiyi deyilirdi. Hava zərbələrinin İrana aid hərbi müəssisəni hədəf aldığı məlum olub. Nəticədə, 8-i İran əsgəri olmaqla 15 nəfər dünyasını dəyişib.
Qeyd edək ki, İsrail hücumları ABŞ prezidenti Donald Trampın nüvə sazişindən imtina etdiyini açıqlamasından sonra təşkil edib.
Gülşən