Xəbər lenti

İsrail baş naziri İlham Əliyevi təbrik edib
Siyasət11:50 14.10.2013

İsrail baş naziri İlham Əliyevi təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qaynar.info
-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, Benyamin Netanyahu prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə dövlətimizin başçısını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Benyamin Netanyahuya minnətdarlığını bildirib. Söhbət zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qaynar.info