Xəbər lenti

İsrail prezidenti səhvini etiraf etdi və üzr istədi
Dünya17:30 04.05.2015

İsrail prezidenti səhvini etiraf etdi və üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrail prezidenti Reuven Rivlin etiraf edib ki, ölkə hakimiyyəti həbəş mənşəli yəhudilərə qarşı səhv addım atıb.

Avropa.info xəbər verir ki, Tel-Əvivdə dünən baş verən iğtişaşlara münasibət bildirən prezident deyib ki, bu hadisə ilə yəhudi cəmiyyətinin yarası açıldı. O, zorakılığın çıxış yolu olmadığını deyib:

“Biz bu açıq yaraya düz baxmalıyıq.  Biz səhv etmişik. Bu vaxtacan biz bunu görməmişdik, qulaq asmamışdıq”.

Bazar günü Efiopiyadan mühacirət etmiş yəhudi etirazçılarla polis arasında baş verən toqquşmada 70 adam yaralanmışdı. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və səs bombaları tətbiq etmişdi.

Hadisəyə səbəb isə Efiopiya mənşəli zənci yəhudi əsgərinin ağdərili İsrail polisi tərəfindən kobud şəkildə həbs edilməsi görüntüləri olmuşdu. 

Qaynar.info