İsrail İran İslam Respublikasının dəniz fəaliyyətinin artması ilə bağlı xəbərdarlıq etdikdən sonra Qırmızı dənizdə təlimlərə başlayıb.
Qaynarinfo "İsraelhayom" saytına istinadən xəbər verir ki, ABŞ və İsrail dəniz qüvvələrinin birgə iştirakı ilə keçirilən bu təlim bazar ertəsi başlayıb və dörd gün davam
edəcək.
"Təlim ABŞ 5-ci Donanması ilə İsrail Hərbi Dəniz Qüvvələri arasında missiyanın planlaşdırılması, dəniz məhdudiyyətləri və dənizdə digər təlimlərə yönəlmiş ikitərəfli təlim tədbiridir", - ABŞ 5-ci Donanmasının bəyanatında deyilir.
İsrail Müdafiə Qüvvələri təlimi təsdiqləyib və bildirib ki, İsrail gəmiləri "ABŞ Beşinci Donanmasının gəmiləri və yanacaq dolduran tankerlə yanaşı müxtəlif missiyalarda” iştirak edəcək.
Keçən ilin noyabrındada İsrail Hərbi Dəniz Qüvvələri "BƏƏ və Bəhreynlə yanaşı Qırmızı dənizdə 5-ci Dəniz Donanması təlimində” iştirak edib.Həmin təlimlərdə İsrail rəsmiləri bildiriblər ki, bu təlim İranın İsrailin dəniz obyektlərinə qarşı ehtimali hücumlarına cavabdır.
Aydın