Xəbər lenti

İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoydu
Dünya16:52 21.12.2020

İsrail xarici vətəndaşların ölkəyə girişinə qadağa qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail dekabrın 23-dən etibarən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyur.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu bildirib. Onun sözlərinə görə, son 48 saat ərzində ölkəyə qayıdanlar isə yeni növ koronavirusla əlaqədar olaraq məcburi karantinə alınacaqlar:
"Xarici vətəndaşlar ölkəyə daxil ola bilməyəcəklər. İstisna hal diplomatlara aiddir. Bu andan etibarən 48 saat ərzində ölkəyə qayıdanlar xüsusi mərkəzlərdə karantində saxlanılacaqlar”.