İsraildə hökumət böhranı davam edir.
Qaynarinfo xəbər verir ki, baş nazir Benyamin Netanyahu ədliyyə naziri Ayelet Şaked və təhsil naziri Naftali Bennett tərəfindən tənqid atəşinə tutulub. Nazirlər rəsmi Tel Əvivdən Fələstin siyasətinə yenidən baxılmasını tələb edib. Şaked və Bennettin bu gün istefası gözlənilir.
Netanyahunun Həmasla imzaladığı sülh müqaviləsi narazılıqla qarşılanır. Baş nazirin növbədənkənar seçki tələbini rədd etməsi ölkədə siyasi vəziyyəti daha da gərginləşdirir.
Qeyd edək ki, ötən günlərdə müdafiə naziri Aviqdor Liberman istefa verib. Benyamin Netanyahu müdafiə naziri vəzifəsini özünün icra edəcəyini açıqlayıb.
Gülşən