Xəbər lenti

İsrailə şok: daha bir ölkə Fələstini tanıyacaq
Dünya19:38 24.10.2014

İsrailə şok: daha bir ölkə Fələstini tanıyacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fələstinin müstəqilliyini daha bir Avropa ölkəsini tanıyacaq. Qaynar.info xəbər verir ki, xarici işlər naziri Vesna Pusiç bütün Avropa Birliyi ölkələri kimi onların da Fəloəstini tanımaq yolunda ciddi addımlar atdıqlarını bildirib.

Pusiç İsveçin bir həftə içində Fələstini tanıyacağını bildirib: "Məncə belə bir addımı atan ilk ölkə İsveç oldu. LOnların xarici işlər naziri bizə belə bir qərar qəbul etdiklərini bildirdi. İsveç bir həftə içində bu qərarı rəsmilişdərəcək".

Qeyd edək ki, İsveç parlamentinin 2 oktyabrda baş nazirliyini təmdiqlədiyi Sosial Demokrat Partiyasının lideri Stefan Löfven Fələstini tanıyacaqlarını açıqlayıb: "Biz bu addımı atacağıq. Onlar İsraillə problemlərini beynəlxalq hüquq normaları çərçivəsində həll edə bilər".

Bundan başqa İngiltərə parlamenti 13 oktyabrda Fələstinin tanınması məsələsini səsverməyə çıxarıb. 274 nəfərin leyhinə, 12 nəfərin əleyhinə səs verdiyi qərar qəbul olunub. Amma İngiltərədə ölkələrin tanınması ilə bağlı qərarı parlament yox, hökumət verir. Bu səbəbdən bu qərar simvolikdi.

İspaniya parlamenti isə 1967-ci ildəki sərhədlər çərçivəsində Fələstinin müstəqilliyini tanımaqla bağlı məsələni müzakirəyə çıxaracaq.

Qaynar.info