Xəbər lenti

İsrailin baş naziri Putindən kömək istədi
Dünya19:30 09.03.2017

İsrailin baş naziri Putindən kömək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsrailin naş naziri Binyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə müraciət edərək, Qəza sektorunda əsir saxlanılan iki İsrail vətəndaşının və digər iki hərbçinin cəsədlərinin ölkəsinə qaytarılmasında yardımçı olmasını xahiş edib.

Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatı Netanyahu Putinlə bugünkü görüşündən sonra verib.

“Mən, bütün dünyada etdiyim kimi, (hərbçilər) Oron Şaul və Adar Qoldin barədə məsələni qaldırdım, eyni zamanda, HAMAS-ın əsir götürdüyü digər iki İsrail vətəndaşı barədə danışdım. Rusiya prezidentindən xahiş etdim ki, humanitar vasitələrlə bu işdə kömək etsin”, - Netanyahu deyib.

Qaynar.Az