Xəbər lenti

İsrailin qadın əsgərləri  (FOTOLAR)
Dünya14:50 29.11.2017

İsrailin qadın əsgərləri (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailli fotoqraf Mayan Toledano bu ölkədən olan qadın əsgərlərin fotolarını çəkib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hazırda Nyu Yorkda yaşayan Toledano İsraildə doğulub və böyüyüb. Kiçik yaşlarında sənət və rəqsə böyük həvəsi olsa da, Mayan Toledano 18 yaşı tamam olan zaman xəyallarını təxirə salmaq və 6 illik məcburi hərbi xidmətə yollanmağa məcbur olub.
Əsgərlik zamanı hərbi formanın içində həbs edilmiş kimi hiss etdiyini və onunla eyni aqibəti yaşayan qadınları başa düşdüyünü deyən fotoqraf bildirir ki, bu layihəsi ilə yəhudi qadınların səsinə çevrilmək istəyir, çünki o da öz arzularını təxirə salmaq, onları kənara qoymaq məcburiyyətində qalıb.
Gülşən