Xəbər lenti

İstanbul polisi hərbi akademiyada əməliyyat keçirdi
Dünya07:12 01.08.2016

İstanbul polisi hərbi akademiyada əməliyyat keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədəki 15 iyul çevriliş cəhdindən sonra Fətullahçı Terror Təşkilatı (FETO) ilə bağlı aparılan istintaq araşdırmaları çərçivəsində hərbi məktəblərdə əməliyyatlar davam etdilir. 

Qaynarinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul polisi Leventdeki Hərbi Alademiyada ikinci əməliyyat keçirilib. Əməliyyat nəticəsində saxlanılanlarla bağlı hələlik məlumat verilməyib. Əməliyyatda xüsusi təyinatlı polis dəstələrindən də istifadə olunub. 

Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdinin ardından sözügedən hərbi akademiyada iyulun 25-də əməliyyatda 40 nəfər, o cümlədən yüksək rütbəli zabitlər saxlanılmışdı.

Qaynarinfo.Az