
Futbol üzrə Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində baş tutan "Beşiktaş" - "Arsenal" görüşündən sonra xoşagəlməz hadisə yaşanıb.
Ans press-in məlumatına görə, matç başa çatdıqdan sonra paltardəyişmə otağına yollanan "topçular"ın baş məşqçisi Arsen Vengerə butulka atılıb.
Təcrübəli mütəxəssis bununla bağlı UEFA-ya şikayət məktubu ünvanlayıb.
Bu hadisəyə görə "Beşiktaş"a çox güman ki, pul cəzası kəsiləcək.
Qaynar.info