Xəbər lenti

İstanbulu partladan qız - FOTOLAR
Ölkə08:05 15.01.2015

İstanbulu partladan qız - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İstanbulda yanvarın 6-da baş vermiş terror hadisəsini törətməkdə günahkar bilinən Diana Ramazanovanın qohumları fotolardan qızı tanıyıblar.

Anspress-in məlumatına görə, həm də Diananın anası Rayzanatdan da analiz üçün qan da götürüblər. Qadının DNT-sini kamikadzenin partlayışdan sonra qalmış qalıqlarının DNT-si ilə tutuşduracaqlar. 

Genetik ekspertiza İnterpolun xətti ilə aparılacaq. Türkiyə tərəfi kamikadzenin biomaterialını Rusiyadakı həmkarlarına göndərəcəklər, analiz Rusiyada aparılacaq. 

18 yaşlı Diana Ramazanova Rusiyanın cənubunda yerləşən qədim Azərbaycan şəhəri Dərbənddə doğulub. Oradan ailəsi ilə birlikdə Moskvaya köçüb. Moskvada o, dükanda satıcı işləyib. İnternetdə İdris adında oğlanla tanış olan qız İstanbula gedib və onunla evlənib. Polis qızı terrora məhz İdrisin yönəltdiyini düşünür. 

Diana Ramazanova İstanbulda polis idarələrindən birinə girərək özünü partladıb. Qız idarpəyə girmək üçün pul kisəsini itirdiyini deyib. Partlayış nəticəsində Diana həlak olub, iki polis işçisi yaralanıb. 

Qaynar.info