
Bu gün istefa verən Türkiyənin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayrakdar ölkədə şok yaradacaq açıqlama verib.
Qaynar.info türk mətbuatına istinadən xəbər verir ki, Bayrakdar bütün bu hadisələrdən sonra Ərdoğanın da istefa verməsinin vacib olduğunu deyib.
"Dekabrın 17-də keçirilən əməliyyat dosyesində mənimlə bağlı heç nə yoxdur. Ancaq hörmətli baş nazirin istədiyi nazirlə işləmək və istədiyini çıxarmaq təbii haqqıdır və səlahiyyətidir. Lakin "rüşvət və korrupsiya əməliyyatı ilə bağlı istefa edin və məni rahat edəcək deklorasiya yayınlayın" kimi ifadələrlə mənə təzyiq edilməsini qəbul etmirəm. Çünki istintaq sənədlərində olan və təsdiq olunan planların böyük hissəsi hörmətli baş nazirimizin razılığı ilə təsdiq edilib. Buna görə nazirlikdən və millət vəkilliyimdən istefa edirəm. Bu milləti və Vətəni rahatlatmaq üçün hörmətli baş nazirin istefa verməsi vacibliyinə inandığımı ifadə edirəm" deyə Bayraktar bildirib.
Qaynar.info