Xəbər lenti

İsti hava şəraitinin davam edəcəyi vaxt açıqlandı
Ölkə15:28 15.07.2022

İsti hava şəraitinin davam edəcəyi vaxt açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41°-dək yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbər verir ki, şimal-qərb küləyi 18-dən 20-dək 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s olacaq.
Azərbaycanın rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir.
Qərb küləyi arabir 15-18 m/s, 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.