Xəbər lenti

İsti və yağmursuz hava şəraiti hökm sürəcək
Ölkə08:15 23.05.2013

İsti və yağmursuz hava şəraiti hökm sürəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Azərbaycanda isti və yağmursuz hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənillir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mayın 24-dən 26-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.

Qaynar.info