Xəbər lenti

İsveçin atdığı raket Norveçə düşdü
Dünya 15:26 26.04.2023

İsveçin atdığı raket Norveçə düşdü

İsveçin Esrange kosmodromundan atdığı tədqiqat raketi gözlənilmədən Norveçdə qəzaya uğrayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBC İsveç Kosmik Korporasiyasına istinadən yazıb.

Korporasiyanın bəyanatında deyilir: "Raket planlaşdırıldığından bir qədər uzun və qərbə doğru trayektoriya ilə hərəkət edib və uçuşu başa vurduqdan sonra Norveçin 15 km dərinliyinə düşüb. Cihaz 250 km hündürlüyə qalxıb, burada mikroqravitasiya təcrübələri sıfır cazibə qüvvəsində aparılıb”. 

Təşkilat bildirib ki, raket və onun faydalı yükü planlaşdırılan eniş yerindən təxminən 40 kilometr şimal-qərbdə dağ silsiləsinə təxminən 1000 metr yüksəklikdə düşüb. "Hazırda yükün çıxarılması istiqamətində işlər aparılır. Qeyri-normal uçuş yolunun altında yatan texniki detalları müəyyən etmək üçün araşdırmaya başlanılıb”, - İsveç Kosmik Korporasiyası bildirib.

Norveç Xarici İşlər Nazirliyi NRK-ya bildirib ki, hakimiyyət Norveç sərhədində istənilən icazəsiz fəaliyyətə çox ciddi yanaşır. "Belə bir raketin düşməsi böyük ziyan vura biləcək çox ciddi hadisədir. Belə bir sərhəd pozuntusu baş verdikdə, cinayətkarların dərhal Norveçin müvafiq orqanlarına məlumat vermələri vacibdir”, - deyə agentliyin sözçüsü Ragnhild Haland Simenstad bildirib.

O, aydınlaşdırıb ki, Norveç hakimiyyəti raketin düşdüyü əraziyə hər hansı ziyan dəyməsindən xəbərsizdir. "Bu cür raketlərin qalıqları yanacaq və ya digər zəhərli materiallarla çirklənə bilər. Buna görə də, icazəsiz şəxslərin qəza yerinə yaxınlaşmaması vacibdir”, - Norveç Xarici İşlər Nazirliyi vurğulayıb.

Uçuşun həyata keçirildiyi Esrange kosmik mərkəzinin rəhbəri bildirib ki, Norveç tərəfi insidentlə bağlı məlumatlandırılıb. Lennart Poromaa əlavə edib ki, raketin Norveçə düşən 300 kiloqramlıq faydalı yükü var.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->