Xəbər lenti

İsveçli üzgüçüdən dünya rekordu
İdman06:26 31.07.2023

İsveçli üzgüçüdən dünya rekordu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Üzgüçülük üzrə dünya çempionatında Sara Sjöström rekord qırıb.
Qaynarinfo-nun məlumatına görə, isveçli idmançı karyerasının fərdi yarışlarında qazandığı medalların sayını 21-ə çatdıraraq rekorda imza atıb. 
Yaponiyanın Fukuoka şəhərində təşkil edilən yarışda Sjöström, qadınlar arasında 50 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışından sonra, sərbəst üzmə yarışmada da qızıl medala sahib olub. Bununla da ilk dəfə 2009-cu ildə qatıldığı dünya çempionatlarında 21-ci medalını (12 qızıl, 6 gümüş, 3 bürünc) qazanan 29 yaşlı idmançı Maykl Felipsi (20 medal) geridə qoyub. 
Səbuhi Həsənov