Siyasət 23:53 01.06.2022

İsveçrə Danimarkanın Ukraynaya tank göndərmək istəyinə mane oldu

İsveçrə hökuməti Danimarkanın Ukraynaya İsveçrə istehsalı olan zirehli döyüş maşınlarının göndərilməsi tələbinə veto qoyub.

Qaynarinfo "Politico” saytına istinadla xəbər verir ki, bu barədə İsveçrənin SRF telekanalı xəbər verib.

Danimarka Ukraynaya İsveçrə istehsalı olan 20 Piranha tankı göndərmək istəyir, lakin İsveçrənin neytrallıq siyasəti İsveçrəyə silahların ixracına icazə verməsini tələb edir.

İsveçrənin silah ixracına cavabdeh olan hökumət orqanı İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi ölkənin münaqişə zonalarına silah tədarükünü qadağan edən neytrallığını əsas gətirərək bu tələbi rədd edib.

Qeyd edək ki, aprel ayında katiblik İsveçrə istehsalı sursatların istifadə edildiyi Gepard zenit tanklarının Ukraynaya göndərilməsini tələbini də rədd etmişdi.

Nurlan Hüseynov