Xəbər lenti

İSW rusların planlarını açıqladı: Qışda Ukraynada necə hərəkət edəcəklər (XƏRİTƏ)
Dünya07:11 22.12.2023

İSW rusların planlarını açıqladı: Qışda Ukraynada necə hərəkət edəcəklər (XƏRİTƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ən çətin dövrdə - payız-qış mövsümündə ruslar təşəbbüsü ələ keçirmək və saxlamaq üçün Ukrayna dövlətinin şərqində bütün cəbhə xətti boyunca lokallaşdırılmış hücum əməliyyatlarına başlayıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Müharibə İnstitutunun (ISW) hesabatında deyilir.
Ruslar çox güman ki, 2022-2023-cü illərin qışında olduğu kimi, bu qışda hava şəraitindən asılı olmayaraq bu hücum əməliyyatlarını davam etdirməyə və ya gücləndirməyə çalışacaqlar.
"Rusiya qoşunları payız-qış mövsümünün ən çətin havalarında Ukraynanın şərqində bütün cəbhə xətti boyunca lokallaşdırılmış hücum əməliyyatlarına başlayıb. Beləliklə, təcavüzkar şiddətli şaxtaları gözləməyə yox, təşəbbüsü ələ keçirməyə və özündə saxlamağa çalışır", - analitiklər qeyd ediblər.
Alpər