
ABŞ-da yayımlanan, kiçik fikir ayrılıqlarının həll edildiyi və məhkəmə prosesini xatırladan "Judge Judy" verilişində maraqlı anlar yaşanıb.
"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, məhkəmə prosesinin nəticəsinə ağ rəngli, kiçik it təsir edib. Belə ki, 2 nəfər tərəfindən sahibi olduğu iddia edilən it əsil sahibinin kim olduğuna özü qərar verib. Məhkəmə prosesində bir tərəfdə iti küçədə pulla aldığını iddia edən qadın, digər tərəfdə isə öz dostunun onun xəbəri olmadan yoxa çıxdığını deyən kişi yer alıb.
Həmin görüntüləri və itin qərarını sizlərə təqdim edirik.
Gülşən
Qaynarinfo.Az