
İtaliyanın iqtisadi cəhətdən varlı bölgələrindən olan Lombardiya və Veneto sabah referendum keçirəcək.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, bölgələr mərkəzi hökümətdən daha geniş hüquqlar tələb edərək muxtariyyət istəyirlər. Keçiriləcək referendumun heç bir hüquqi qüvvəsi olmayacaq.
15 milyon seçicinin iştirak hüququ olan referendum üçün Lombardiyada 50 milyon, Venetoda isə 65 milyon avro pul xərclənib.
İtaliya mətbuatı bildirir ki, bölgə rəhbərlərinin məqsədi referendumdan "Hə" çıxması, xalq dəstəyini qazanmaları və bu arqumentlə Roma hökümətinə daha böyük tələblər irəli sürmələridir.
Səsvermə 07.00-23.00 arasında keçiriləcək.
Qeyd edək ki, ölkədə Friuli Venezia Giulia, Sardinya, Sicilya, Trentino-Alto Adige və Valle d'Aosta bölgələrinin muxtariyyət hüququ var.
Gülşən
Qaynarinfo.Az