Xəbər lenti

İtaliyanın baş naziri yeni ilin əvvəlində Ukraynaya səfər edəcək
Dünya15:55 23.12.2022

İtaliyanın baş naziri yeni ilin əvvəlində Ukraynaya səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Italiyanın baş naziri Corciya Maloni gələn ilin əvvəlində Ukraynaya səfər etmək niyyətində olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” məlumat yayıb.
O, səfərdən əvvəl Zelenski ilə telefon danışığı aparacağını qeyd etsə də, dəqiq tarix açıqlamayıb.
"Mən Zelenskiyə zəng edərək, ona arzularımı çatdıracam və gələn ilin ilk aylarında planlaşdırdığım bu səfəri təşkil edəcəm", deyə Meloni İtaliya telekanalına bildirib.
İtaliyanın keçmiş baş naziri Mario Draqi iyun ayında Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla birlikdə Kiyevə səfər edib.
Sentyabrın 25-də İtaliyada növbədənkənar parlament seçkiləri keçirilib, bunun nəticəsində üç partiyadan - "İtaliya Qardaşları”, "Liqa” və "İrəli, İtaliya”dan ibarət sağçı koalisiya qələbə qazanıb. Təxminən 25% səs toplayan "İtaliya Qardaşları”nın lideri Corciya Meloni müharibədən sonrakı İtaliya tarixində ən sağçı hökumətə rəhbərlik edərək, ilk qadın baş nazir olub.
Nizami Bağırov