Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq turniri davam edir.
Qaynarinfo xəbər verir ki, ikinci yarış günündə 72, 77 və 82 kq-da çıxış edən yunan-Roma güləşçilərimiz da 3 medal qazanıb.
Sənan Süleymanov ilk mərhələdə hindistanlı, daha sonra Qazaxıstan və Türkiyə təmsilçilərini yarışdan kənarlaşdıraraq finala vəsiqə qazanıb. Burada isə digər bir türk həmkarına məğlub olaraq gümüş medala sahib çıxıb.
82 kq çəki dərəcəsində yarışan Rafiq Hüseynov bürünc medal yarışında qazaxıstanlı rəqibi üzərində qələbə qazanıb.
Digər medal Tuncay Vəzirzadədən (82 kq) gəlib. 1/4 final mərhələsindən başlayan idmançımız da bürünc medal uğrunda qazaxısatnlı rəqibini məğlub etməyi bacarıb.
72 kq çəki dərəcəsində yarışan Ülvi Qənizadə isə 1/4 finalda türkiyəli həmkarına məğlub olaraq mübarizəni dayandırıb.
İlk yarış günündə Azərbaycanın 3 yunan-Roma güləşçisi Beka Kandelaki (gümüş), İslam Abbasov (qızıl) və Taleh Məmmədov (bürünc) medal qazanıb.
Səbuhi Həsənov
Şərhlər