Xəbər lenti

İtkin düşən 43 tələbənin yaxınları aksiya keçirdilər
Dünya13:00 20.10.2014

İtkin düşən 43 tələbənin yaxınları aksiya keçirdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meksikanın paytaxtı Mexikoda ötən aydan bəri itkin düşən 43 tələbənin yaxınları və ailə üzvləri aksiya keçirib. 
ANS PRESS-in məlumatına görə, tələbələrin portretləri və güllərlə aksiyaya gələn yaxınları yerli kilsələrdən birində keçirilən mərasimə də qatılıblar. Tələbələr üçün şam yandıran ailə üzvləri onların evə qayıtması üçün dua ediblər. 
Tələbələr ölkənin cənubunda aksiya zamanı polis tərəfindən saxlanıldıqdan sonra yoxa çıxmışdılar. Sentyabrın 26-dan bəri itkin düşən tələbələrin axtarışı davam edir. 
Son 1 ay ərzində Meksikanın cənubunda bir neçə kütləvi məzarlıq aşkar edilsə də, onlarda tapılan meyidlərin itkin düşmüş tələbələrə aid olmadığı məlum olub.
Qaynar.info