Xəbər lenti

İtkin düşən neftçinin meyiti tapıldı
Ölkə08:14 11.11.2016

İtkin düşən neftçinin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin meyiti Dərinsulu Günəşli platforması yaxınlığında sudan çıxarılıb. Bu barədəAzəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən məlumat verilib.

"Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP dərin təəssüf hissi ilə bildirir ki, Dərinsulu Günəşli platformasının yaxınlığında dəniz dibindən meyit çıxarılıb. Meyit sahilə gətirilib və müvafiq hüquq mühafizə orqanlarına təhvil verilib", - deyə məlumatda vurğulanıb. (apa)

Qaynarinfo.Az