Xəbər lenti

İvanaşvili Saakaşvilini həbslə hədələyir
Dünya08:14 25.08.2013

İvanaşvili Saakaşvilini həbslə hədələyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan prezidenti isə, baş naziri təlxək adlandırdı


Gürcüstanın milyarder baş naziri Bidzina İvanavili, ABŞ-la müttəfiqi olan prezident Mixael Saakaşvilini həbslə hədələyir.

Blomberg agentliyinin yaydığı məlumata görə, baş nazir, Gürcüstanın boğaza qədər korrupsiyanın içində olduğunu deyib.

Onun sözlərinə görə, Saakaşvili bunu bilir və özü də bunda iştirak edir. O, prezidentin həbs oluna biləcəyini də istisna etməyib.

Prezident Saakaşvili isə Gürcüstan mətbuatına verdiyi açıqlamasında, onun sözlərini ciddi saymadığını deyib. Onun sözlərinə görə, hakim koalisiyanın istənilən iddiası qeyri-ciddidir və təlxəklikdir: "Biz bu insanların heç bir iddiasını qəbul etmirik. Çünki, onlar mənim prezidentliyim dövründə keçmiş korrupsiya əməllərini bərpa etməyə çalışdılar. Qeyd etmək lazımdır ki, onlardan əvvəlki hökumətin ən əsas xidməti korrupsiya ilə mübarizənin uğurlu olmasıdır”. // ANS PRESS