İllər öncə geyindiyi paltarları və görünüşü ilə sosial şəbəkədə gündəmə çevrilən İzzət Bağırov onu lağa qoyan şəxsləri kəskin tənqid etdi.
Qaynarinfo.az xəbər verir ki, ifaçını özündən çıxaran şəxslərə İzzət sərt cavab verdi. Bağırov daima dəblə ayaqlaşdığını iddia etdi:
“Mənim o kostyumdakı şəkillərim 1992-93-cü illərdə çəkilib.
O vaxtı mənim 15-16 yaşım olardı. Nə geyinməliydim? Məni lağa qoyanlar özləri nə geyinirdilər? Sadəcə bəzi insanların işi-gücü yoxdur, durub İzzətin arxivini eşələyir. Şükr ki, arxivimlə də fəxr edirəm. O gördüyünüz kostyum dövrünün ən bahalı kostyumlarından idi. Mən o paltarları geyinəndə, bu gün məni lağa qoyanlar geyinməyə paltar tapmırdı. Bəziləri mələfəyə bürünüb şəhərə çıxırdı, indi gəlib İzzəti tənqid edir. Bütün bunlar sadə görünə bilər, amma insanın əsəbini pozur”.
Qaynarinfo.az


