Xəbər lenti

Jalə Əhmədova seçki yarışından geri çəkildi
Siyasət 17:46 22.07.2024

Jalə Əhmədova seçki yarışından geri çəkildi

Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə onun köməkçisi Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.

O, VI çağırış Milli Məclisdə İnsan hüquqları, Gənclər və idman komitələrinin üzvü olub.

Qeyd edək ki, deputatın köməkçisi onun namizəd olmayacağı barədə məlumatı əvvəlcə təsdiq, daha sonra təkzib edib. Ardınca onun köməkçisi Modern.az-la əlaqə saxlayaraq Jalə Əhmədovanın namizəd olmayacağı barədə qərar qəbul etdiyini bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->