Xəbər lenti

JEK-lərin ləğvinin nəticəsi nə ola bilər? – Ekspert
Ölkə05:20 28.12.2021

JEK-lərin ləğvinin nəticəsi nə ola bilər? – Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"MİS-in ləğvi ilə büdcənin yükü azalacaq, vətəndaşlar bina və məhəllələrin idarə edilməsində birbaşa iştirak edəcəklər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli xalq arasında JEK kimi tanınan Mənzil İstismar Sahələrinin ləğvinin nələrə gətirib çıxaracağını dəyərləndirərkən deyib: 
"Mənzil İstismar Sahələrinin (MİS) ləğvi ilə bağlı qanunverici baza bir neçə il bundan əvvəl yaradılıb. Hətta az sayda olsa da, bəzi bina və məhəllələr özünü idarəetməyə keçib. Bakıda 100-ə yaxın bina artıq MİS-lərdən ayrılıb özlərini idarə etmək üçün vətəndaş birliyi də yaradıblar. MİS-lərin tarixinə son qoyulması ilə dövlət büdcəsinin yükü azalacaq. Belə ki, indilikdə MİS-lərə ayrılan vəsaitlər dövlət büdcəsinə əlavə yükdür. İkinci bir tərəfdən, bu addım vətəndaşların birbaşa idarəetmədə iştirakını təmin edəcək”. 
 
Amma həmsöhbətimizə görə, MİS-lərin ləğvindən sonra bələdiyyələrin də gücləndirilməsinə, qanunvericilik bazasının artırılmasına ehtiyac var: 
"Bu baş verərsə, vətəndaşların binalarının özləri tərəfindən idarə olunmasında bələdiyyələrin iştirakı da təmin olunar. İndilikdə isə qanunverici bazada olan çatışmazlıq səbəbindən bələdiyyə institutu bu prosesdə iştirak edə bilmir. Gələcəkdə, yerli özünüidarəetmə institutları ilə vətəndaşların kondominiumla özləri-özlərini idarə etmələriylə bağlı qanunvericilikdə olan boşluqlar aradan qaldırılsa və onlar arasında əməkdaşlıq üçün hüquqi baza yaradılsa, bunun ciddi effekti olacaq. Belə vəziyyət öz növbəsində vətəndaş təşəbbüskarlığının artmasına, effektiv idarəetmənin güclənməsinə ciddi stimul verə bilər”. 
Rüfət Sultan