Xəbər lenti

Jerar Depardye Fransaya qayıtdı
Dünya05:42 06.08.2013

Jerar Depardye Fransaya qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət əvvəl Rusiya vətəndaşlığına keçən və Fransanı tərk edən məşhur aktyor Jerar Depardye Fransaya qayıdıb. 

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyorun Parisə dönüşünün səbəbi film çəkilişləri olub.

Üç ay sonra ilk dəfə Parisə ayaq basan Depardye vergilərdən qaçmadığını açıqlayıb:

“Əslində vergi ödəməkdən qaçmıram. Sadəcə vergi siyasətinə qarşıyam”.

Qeyd edək ki, J.Depardye “F2014” adlı filmdə 30 il FIFA prezidenti vəzifəsini yerinə yetirən Jül Rimeti canlandıracaq.

Qaynar.info