LDPR TV adlanan televiziya bir il əvvəl lisenziya alsa da yanvarın 1-dən fəaliyyətə başlayıb
Vladimir Jirinovski telekanal açıb. ANS PRESS-in gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, LDPR TV adlanacaq televiziya bir il əvvəl lisenziya alsa da yanvar ayının 1-dən fəaliyyətə başlayıb.
Partiya üzvü Andrey Svinçovun sözlərinə görə, bu ilin yayında sayt və televiziya ilə bağlı lisenziya əldə olunub. Onun sözlərinə görə, bu telekanalın açılması Kütləvi İnformasiya Vasitələrində gedən qeyri-dəqiq informasiyalarla bağlıdır: “Biz bilirik ki, bir çox KİV-lər informasiyaları qısaldırlar, partiyamızın fəaliyyəti ilə bağlı bir çox məsələrlər təhrif olunur. Buna gərə də biz hərtərəfli və mükəmməl televiziya yaratmaq qərarına gəldik. Bir il internetdə çalışdıq və bir ildən sonra kabel və peyk vasitəsilə yayımlanmağa başladıq”.