"Junior Eurovision 2018” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən yarış Polşanı təmsil edən Roksana Vegielin qələbəsi ilə yekunlaşıb. "Anyone I Want To Be" mahnısı ilə çıxış edən Roksana 217 səs toplayıb.
"I Wanna Be Like You" mahnısı ilə çıxış edən Azərbaycan təmsilçisi Fidan Hüseynova isə 47 səslə 16-cı yerə layiq görülüb.