Xəbər lenti

Jurnalist olmaq istəyən gənclərin nəzərinə!
Ölkə06:41 11.07.2013

Jurnalist olmaq istəyən gənclərin nəzərinə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Gənclərin Səsi” radiosu jurnalist olmaq istəyən gənclər üçün ÖDƏNİŞSİZ təcrübə proqramı elan edir.

Təcrübə proqramının iştirakçıları 3 ay müddətinə radio redaksiya mühitində çalışaraq aşağıdakı işləri görərək biliklərini artırmaq və təcrübə qazanmaq şansı əldə edəcəklər:

• Radio reportajların, süjetlərin hazırlanması;
• Canlı efirin hazırlanması və idarə olunması;
• Radio debatların təşkili;
• Radioda prodüser işi;
• Veriliş layihələrinin yazılması;
• Efir proqramının qurulması;
• Media strategiyanın aparılması  və s.

İştirakçılar əldə edəcəklər

“Gənclərin Səsi Radiosu” təcrübə proqramında iştirak edən şəxslər üçün aşağıdakıları təmin edir:
• Redaksiyada işləmək üçün lazımı bütün texniki biliklərin öyrənilməsi;
• Proqramı uğurlu başa vuranlar üçün xüsusi diplom və tövsiyə məktubu;
• Gələcəkdə də redaksiya ilə əməkdaşlıq etmək və çalışmaq imkanı.

Kimlər müraciət edə bilər


18-27 yaş arası tələbələr, həmçinin təcrübəyə ehtiyacı olan ali təhsil müəssisəsini bitirmiş şəxslər təcrübə proqramına qoşula bilərlər.

Namizədlər aşağıdakı tələblərə uyğun olmalıdır:

• Gələcək kariyerasını jurnalistikada görən, jurnalist fəaliyyətinin mahiyyətini başa düşən bütün gənclər (jurnalistika ixtisası üzrə olanlara üstünlük verilsə də, digər ixtisaslı şəxslər də müraciət edə bilərlər);
• Kompüter və İnternetdə sərbəst işləyə bilən;
• Xarici dil bilikləri olanlara üstünlük verilir.
• Təcrübə müddətində regionlara ezam olunma imkanı.
Qeyd edək ki, təcrübə proqramı ÖDƏNİŞSİZDİR.

Müraciət qaydası

İştirak etmək istəyənlər 26 iyul 2013-cü il tarixinə qədər CV və maraq məktubunu (təcrübə proqramının müraicət edən şəxsin gələcək kariyerasına təsiri barədə) [email protected] ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.

Ətraflı məlumat və ya suallar üçün:
Telefon: +99455 287 87 48
Email: [email protected]

Qaynar.info