
Kanadada radio aparıcısının bələdiyyə sədri ilə müsahibəsi zamanı soyunması qalmaqala səbəb olub.
Qaynar.info xəbər verir ki, ölkənin tanınmış radio aparıcısı Lori Velburn "On The Rocks" verilişi üçün Kelovna şəhər bələdiyyəsinin sədri Volter Qreydən müsahibə alıb.
Bələdiyyə sədrindən rəhbər olduğu şəhərdə qadınların ictimaiyyət arasında sinəsi açıq gəzməsinin ayıb olub-olmadığını soruşan aparıcı əynindəki köynəyi çıxararaq, "Məsələn, belə küçəyə çıxsam qanunları pozmuş olaram?" sualını verib.
Bələdiyyə sədri isə cavabında, "Belə yaxşı olmaz, amma cinayət də deyil" deyib.
Aparıcının çılpaq görüntülərinin xəbər saytlarında yerləşdirilməsindən sonra bəzi qadın oxucular tənqidlər yazıblar. ictimaiyyət arasında sinəsi açıq gəzməyin tərəfdarı olan qadınlar 2007-ci ildən Nyu York başda olmaqla bir çox şəhərlərdə sinəsi açıq gəzərək insanlardan dəstək istəyir.
Qaynar.info



