Xəbər lenti

Jurnalistdən İrina Şeykə qəribə təklif
Dünya13:20 18.06.2014

Jurnalistdən İrina Şeykə qəribə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın seksual qadını adına layiq görülən dünyanın ən məşhur modeli İrina Şeyk qəribə hadisə ilə üz-üzə qalıb.

Anspress-in məlumatına görə, "Real Madrid" və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano Ronaldonun sevgilisi olan cazibədar Şeyk ötən gün Yunanıstanda keçirilən tədbirlərdən birinə qatılıb. 

Top model tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb. Daha sonra isə reportaj hazırlayan müxbirlərdən biri modelə qayçı uzadaraq sevgilisinin rəqibi Lionel Messinin formasını kəsməyi təklif edib. Əvvəlcə nə edəcəyini bilməyən İrina Şeyk daha sonra gülümsəyərək müxbirin bu istəyini mədəni formada rədd edib.

Qaynar.info