
Visiontv.az internet televiziyanın icraçı direktoru Şöhrət El-Dəniz Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində həmkarımız, Teleqraf.Az saytının baş redaktoru Nicat Dağlara dəstəklə bağlı maraqlı təkliflə çıxış edib.
O bildirib ki, jurnalistə dəstək üçün kütləvi tədbirlər təşkil etmək və əldə olunan gəliri onun müalicəsinə sərf etmək lazımdır: " Həmkarımız Nicat Dağlara yardım üçün ona-buna ağız açmağın bir adı yoxdur. Əksəriyyətimiz ictimai-siyasi, biznesmen, o cümlədən şou aləmi ilə əlaqəsi olan insanlarıq. Bir xeyriyyə tədbiri və yaxud xeyriyyə konserti keçirib əldə olunan məbləği Nicat Dağların yaxınlarına verə bilərik.
Əminəm ki, televiziya kanalları da bu işdə yardım edərlər. Təklifim odur ki, lap təşkilatçılığı visiontv.az olaraq üstümüzə götürə bilərik və yaxud başqa bir redaksiya olsun. Anonslar verək, spot hazırlayıb saytlarda və televiziyalarda göstərək, müğənnilərlə danışıb gün təyin edək və tədbir keçirək. Bilet pulu və gələn qonaqlardan yığılan məbləğ bu işi həll edər".
Qaynar.info