Xəbər lenti

Jurnalisti döyən polislər işdən qovuldu – VİDEO
Ölkə07:58 12.06.2013

Jurnalisti döyən polislər işdən qovuldu – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 3-də Bakıda gənclərin Bulvarda Türkiyədəki mitinqlərə dəstək aksiyasını işıqlandıran zaman jurnalistləri vuran Səbayel rayon Polis İdarəsinin əməkdaşları tutduqları vəzifədən qovulub.

AzNews.az-ın məlumatına görə, döyülən jurnalist Rasim Əliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsində olub. İdarədə onu BŞBPİ-nin rəis müavini Səhlab Bağırov və Səbayel rayon Polis İdarəsinin rəisi qəbul edərək, jurnalistə qarşı qanunsuz hərəkət edən polislərin işdən qovulduğu barədə əmri göstəriblər. 

Daxili İşlər Nazirliyinin mətbuat xidməti də bu barədə məlumatı təsdiqləyib. 

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Səbayel rayon Polis İdarəsinin 2 baş serjantı iyunun 3-də gənclərin razılaşdırılmamış aksiyasında jurnalistlərə qarşı kobudluq etdiyinə görə, BŞBPİ rəisinin əmri ilə tutduqları vəzifədən azad ediliblər. 

Qeyd edək ki, döyülən jurnalist R.Əliyev Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşıdır.