Xəbər lenti

Jurnalistin kassasiya şikayəti təmin edilmədi
Ölkə17:00 23.02.2016

Jurnalistin kassasiya şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araşdırmaçı jurnalist Aynur İmranovanın ölkədən çıxışına qoyulmuş məhdudiyyətlə bağlı kassasiya şikayətinə baxılıb. 
Fevralın 23-də Ali Məhkəmədə baş tutan məhkəmə prosesində jurnalistin apellyasiya məhkəməsinin qərardadından verdiyi şikayət təmin edilməyib. 
Jurnalistin ölkədən çıxışına 2013-cü ilin aprel ayında QHT-lərə açılan cinayət işi çərçivəsində məhdudiyyət qoyulub.
Baxmayaraq ki, A.İmranova həmin  iş üzrə şahid qismində dindirilib, ancaq cinayət prosessual qanunvericiliyin tələbinə zidd olaraq onun ölkədən çıxışı məhdudlaşdırılıb.
Jurnalist əvvəlcə məhkəmə nəzarəti qaydasında Nəsimi rayon Məhkəməsinə müraciət edib, ancaq onun şikayəti icraata götürülməyib. Bakı Apellyasiya Məhkəməsi qərardan verilmiş şikayəti təmin etməyib. 
Daha sonra İmranova “ölkədən getmək hüququnun məhdudlaşdırılmasının qanunsuz hesab edilməsi və həmin məhdudiyyətin aradan götürülməsinə dair” iddia ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Həmin iş üzrə üçüncü şəxs qismində Dövlət Sərhəd Xidməti də cəlb olunub.
Altı ay davam edən məhkəmənin nəticəsində onun iddiası mümkünsüz sayılıb. 
Bu qərardan verilən şikayət də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməyib. 
Jurnalist Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa Məhkəməsinə müraciət edəcəyini bildirir.
Qaynar.info